
Qısa dostluq tarixçəsi
Xəyal Məmmədov və Asim Balayev arasında dostluq əlaqələri hardasa 2012-2013-cü illərə təsadüf edir.Azərbaycan televiziya kanalların birində qoyulan dini mövzuyla bağlı diskusiya nəticəsində təsadüfəntanış olmuşdular. O gündən bu günə qədər həmrəylik göstərərək, sosial şəbəkədə insanlarınrəğbətini qazanan “Quran və Təfəkkür, Qurana Doğru” maarifləndirmə xarakterli səhifələri ilə Quranlabağlı böyük töhfələr vermişdilər.

Saytın açılış məqsədi
Xəyal Məmmədov və Asim Balayev bu yaxınlarda bir qərara gəldilər ki, öz dəst-xəttləri ilə Qurantərcüməsi üzərində işləyək. Quranın düzgün, tərcüməsini hazırlayaq və təmannasız olaraq, insanlarınixtiyarına verək. Belə qənaətə gəliblər ki, ənənəvi Quran tərcümələrdə çox ciddi xətalar var. Mövzu çoxgeniş və problemli olsa da qısaca qey edirlər ki, Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edənmüəlliflərin mövqelərinə nəzər salsaq görərik ki, sələfilik (vəhhabilik), sünnilik (nurçuluq), şiəlik(cəfərilik) və s. kimi məzhəblərə mənsubdurlar. Bu halda hansı qeyri-obyektivlikdən danışmaq olar.Birhaldaki, müəlliflər Quran tərcümələrinə öz məzhəblərin ədəbiyyatlarını aşılayıblar. Nəticədə, Quranayələrinin həqiqi prinsiplərinə zidd və yanlış anlaşılmalara rəvac verəcək fikirlər yaranır.

Saytın fəaliyyəti
Bu sayt heç bir üləma,müfti, axund, molla şeyx və.s kəslərə təqlidçiliyi olmamasıyla yanaşı, camaat,məzhəb, dərnək və ya təriqətə iqtisadi, sosial, siyasi və ideoloji baxımından da tabe deyildir! Tammüstəqil və azad şəkildə fəaliyyət göstərməkdədir. Eyni zamanda saytımızda Azərbaycan Respublikasınınsuverenliyinə və qanunvericiliyinə zidd heçnə yoxdur. Sələfilik (vəhhabilik), sünnilik (nurçuluq), şiəlik(cəfərilik) və.s siyasiləşmiş cərəyanlarının Azərbaycanda şəriət dövləti qurulmasına icazə verməməliyik.Biz Qurana Doğru saytı olaraq, bu sahədə geniş maarifləndirmə işləri aparırıq. Biz Quran ayələrini özdoğma dilimizdə anlamaq və anlatmaq metoduna üstünlük veririk. Əsas qayəmiz odur ki, gənclərimizümumiyyətlə, vətəndaşlarımız hansısa radikal qrupların təsirinə düşməsin, onlara üzv olmasın.

İstinad Quran
Peyğəmbərimiz din məsələsində ancaq Qurana istinad etmiş, insanlara çatdırmış, Qurana əməl edilməsini təşviq etmiş və İslam dininin yeganə həqiqi və etibarlı mənbəyi Quran olduğunu bildirmişdir. Məzhəblərin ədəbiyyatlarında isə xurafatla dolu minlərlə fərqli mənbəy var. Bu etibarsız mənbələr bunlardır: Peyğəmbərimizə böhtan ataraq ona aid olduğu deyilən yüz minlərlə uydurma hədis… İslam alimi kimi tanıdılan insanların din adından ortaya atdıqları uydurma qayda və qadağalar, yanlış Quranşərhləri… Xurafatlara, batil adət və ənənələrə əsaslanan yanlış inanc, hökm və tətbiqlər… Məzhəbçilər Quranın (haşa) başa düşülməyən, üstüörtülü və əskik olduğunu, onu başa düşmək üçün yuxarıda bəhs etdiyimiz saysız-hesabsız mənbəyə ehtiyac olduğunu müdafiə edirlər. Halbuki Quranın açıq-aydın və yetərli olduğunu söyləyən Allahdır. Allah bir çox ayədə Quranın çox aydın və qüsursuz olduğunu, başqa heç bir mənbəyə ehtiyac olmadığını xəbər verir. Quran doğru izah edildikdə və yaşandıqda cəmiyyətə sülh, təmkin, ağıl, demokratiya, azadlıq, sənət, keyfiyyət, mədəniyyət, elmi tərəqqi, xoşbəxtlik, qısası, gözəl olan hər şeyin ən yaxşısı hakim olacaq, insanlar xurafatların bütün ağır yüklərindən xilas olacaqlar. Nəticədə fərqli düşüncədə olanlar kafir elan edilməyəcək, ateist və ya dinsizlər təzyiqə məruz qalmayacaq, kilsələrə, sinaqoqlara hücum edilməyəcək.