Dənizdə dağlar kimi üzən gəmilər də Onun dəlillərindəndir. Əgər (Allah) istəsə, küləyi sakitləşdirər, onlar da (suyun) üzündə hərəkətsiz qalarlar. Həqiqətən, bunda səbrli olan və şükür edən hər bir kəs üçün ibrətlər vardır. (Şura surəsi, 32-33)

Ateistlər bu ayələri oxuduqdan sonra belə iddia edirlər ki, o dövürdə gəmilərin hərəkət etməsi üçün küləyə ehtiyac var idisə, ancaq 21-ci əsrdə yəni günümüzdə belə bir iddia gülüncdür. Demək istəyirlər ki, 21-ci əsrdə gəmilər motorlada hərəkət edə bilirlər. Beləliklə Quranın bu ayəsi ateistlərə görə keçərsizdir.

Cavab: Ateistlər Quranın bu ayələrini bu dövrə görə keçərsiz görsələrdə bu belə deyildir. Ateistlərin ayələri keçərsiz görmələrinə səbəb onların ayələr üzərində düşünməmələridir. Allah Şura surəsinin 32-33-cü ayələrində gəmiləri nümunə verərək həmdə insana başqa mesajda vermiş olur. Ayənin sonuna diqqət edərsək “bunda səbrli olan və şükür edən hər bir kəs üçün ibrətlər vardır” deyilir. Demək ki, bu ayə həyatımızlada əlaqəlidir. İlk öncə onu qeyd edək ki, ayələrdə bildirilən gəmilərin, küləklərlə hərəkət edən gəmilər olduğu görülür. Ayələri oxuduqda məlum olur ki, ayələrdə küləklə hərəkət edən gəmilərdən söhbət gedir. Bu ayələrdə bütün gəmilərin küləklərlə hərəkət etdiklərinə dair bir iddia yoxdur. Allah ayələrdə küləklə hərəkət edən gəmilərdən nümunə vermişdir. Yəni Allah burda demək istəyir ki, əgər bir gəmi küləklə dənizdə hərəkət edirsə Allah o küləyi dayandırar və gəmidə hərəkətsiz qalar. Allah burda səbəblərə diqqət çəkmişdir. Yəni küləklə hərəkət edən gəminin hərəkətinə səbəb küləkdirsə Allah o küləyi (səbəbi) ortadan qaldırar və gəmidə hərəkətsiz qalar. Günümüzdə də gəmilər istər motorla vəya başqa bir şeylə hərəkət etsin fərq etməz Allah o gəmini hərəkət etdirən səbəbə əngəl olarsa o gəmi hərəkətsiz qalar. Allahın ayədə verdiyi mesaj çox açıqdır və günümüzdə də keçərlidir. Allahın ayədə vermiş olduğu mesaj həyatımızlada bağlıdır. Əgər həyatımızı sürdürmək üçün həyatı bir orqanımız sıradan çıxarsa həyatımızı davam etdirə bilmərik. Başqa bir nümunə versək, əgər bir təyyarənin və ya quşun havada qalmasını təmin edən fizika qanunları ortadan qalxsa onlar uça bilməzlər. Belə misalları təbiiki çoxalda da bilərik. Qısacası ayələr həm küləklərlə hərəkət edən gəmiləri, həm digər texnoloji vasitələri, həmdə həyatımızdakı reallaşan işləri izah etməkdədir. Ateistlərin iddia etdiklərinin əksinə ayələr günümüz üçündə keçərlidir.

 

© Asim Balayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*