“Ali-İmran” surəsinin 151-ci ayəsindəki “İnkarçıların ürəyinə qorxu salacağıq” tərcüməsi ingilis dilli Qurani-Kərim mətninlərində terror kimi təhrif olunub.
İngiliscəsi belədir: Soon shall We cast Terror into the hearts of the Unbelievers. (Quran 3:151)
Həmin ayə ingiliscəyə tərcümə edilərkən ‘qorxu’ (Ru’b) kəliməsinin qarşılığı olaraq ‘terror’ sözü ilə əvəz edilib. Halbuki ingilis dilində qorxu sözü “fear” və ya başqa bir sinonimlə əvəz edilə bilərdi. Sizcə, bu təsadüfdür, yoxsa təxribatdırmı?
Bu məzhəb yönümlü tərcümələrin və peyğəmbərə istinad olunan hədislərin nəticəsidir ki, hazırda dünyada islamofobiya meyilləri artmaqdadır. Bu minvalla qərb ölkələrində İslamın terror dini olduğunu iddia etmələri təsadüfi deyil. Müstəqil düşünən və sorğulayan hər bir müsəlman çox yaxşı bilir ki, İslam terror dini deyil, tam əksinə, barış və sülh dinidir. Bu cür iddialar və iftiralar Qurani-Kərimlə heç bir əsası yoxdur. İslam dinini terror dini kimi təqdim etmək cəhdləri sırf məzhəb üləmalarından və onların öz mərkirli ədəbiyyatlarından qaynaqlanır.
Müəllif: Xəyal Məmmədov