Peyğəmbərimiz din məsələsində ancaq Qurana istinad etmiş, insanlara çatdırmış, Qurana əməl edilməsini təşviq etmiş və  İslam dininin yeganə həqiqi və etibarlı mənbəyi Quran olduğunu bildirmişdir. Məzhəblərin ədəbiyyatlarında isə xurafatla dolu minlərlə fərqli mənbəy var. Bu etibarsız mənbələr bunlardır: Peyğəmbərimizə böhtan ataraq ona aid olduğu deyilən yüz minlərlə uydurma hədis… İslam alimi kimi tanıdılan insanların din adından ortaya atdıqları uydurma qayda və qadağalar, yanlış Quranşərhləri… Xurafatlara, batil adət və ənənələrə əsaslanan yanlış inanc, hökm və tətbiqlər…  Məzhəbçilər Quranın (haşa) başa düşülməyən, üstüörtülü və əskik olduğunu, onu başa düşmək üçün yuxarıda bəhs etdiyimiz saysız-hesabsız mənbəyə ehtiyac olduğunu müdafiə edirlər. Halbuki Quranın açıq-aydın və yetərli olduğunu söyləyən Allahdır. Allah bir çox ayədə Quranın çox aydın və qüsursuz olduğunu, başqa heç bir mənbəyə ehtiyac olmadığını xəbər verir. Quran doğru izah edildikdə və yaşandıqda cəmiyyətə sülh, təmkin, ağıl, demokratiya, azadlıq, sənət, keyfiyyət, mədəniyyət, elmi tərəqqi, xoşbəxtlik, qısası, gözəl olan hər şeyin ən yaxşısı hakim olacaq, insanlar xurafatların bütün ağır yüklərindən xilas olacaqlar. Nəticədə fərqli düşüncədə olanlar kafir elan edilməyəcək, ateist və ya dinsizlər təzyiqə məruz qalmayacaq, kilsələrə, sinaqoqlara hücum edilməyəcək.

Xəyal Məmmədov

Baş-Redaktor

1990-cı ildə Naxçıvan Muxtar Respublikasında ziyalı ailəsində anadan olub. 2009-cuildə Bakı şəhərində tam orta məktəbin rus bölməsini bitirib. 2010-2016-cı illərdə Rusiyanın Volqoqrad Universitetinin hüquq fakültəsində təhsil alıb və həmin fakültəni hüquqşünaslıq ixtisası üzrə mütəxəssis diplomu ilə bitirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*