Dini kəbinkəsmə (dini nikah) İslam dininə mövhümatçı məzhəblərdən bulaşmışdır. Dini maddi gəlir kimi istifadə edənlər onu bu cür yollarla peşə halına gətirmişlər. Özlərini qazi, üləma, axund, molla, seyid, və s. kimi qələmə verənlər, ağla və məntiqə zidd cəfəngiyyat dolu ədəbiyyatlarıyla dini nikahı insanlara, zəruriyyət kimi inandırmağa çalışmışlar. Beləcə, bu zamanla xalq tərəfindən ənənə halına çevrilmişdi.

Dini kəbinsiz evliliyin zina olduğunu və həmin evlilikdən doğulan körpənin haramzadə sayıldığı haqda boş və mənasız iddialar ortaya atılmışdı. O iddiaların heç biri İslamın yeganə mənbəyi olan Quranda yeri yoxdur. Odur ki, dini kəbinkəsmə (dini nikah) İslam adına uydurulan ən böyük xurafatlardan, yalanlardan biridir. Yer üzündə heç kəs Allahın səlahiyyətli nümayəndəsi deyil ki, Onun adıyla dini nikah proseduru keçirtsin, dini xidmət kimi qarşılığında şirinlik alsın. Bu, tərbiyəsizlik, mənəviyyatsızlıq, şərəfsizlik, ləyaqətsizlikdir.

Dinimizdə göstərilməyib ki, nikahı mütləq dini bilgisi olan adam kəsməlidir. Həmçinin, kəbində heç bir xüsusi ifadə yazılmalı, yaxud deyilməli deyil. Əsas odur ki, hər iki tərəfin razılığı olsun, onların şahidlərinin imzası, valideynlərin rizası ilə gerçəkləşsin. Konkret olaraq, Qurani-Kərimin nöqteyi-nəzərdən deyə bilərik ki, qadın və kişi münasibətlərini tənzimləyən əqd var. “Əqd” sözü indi də bizim qanunvericiliyimizdə var. Əqd iki tərəfin qarşılıqlı razılığı və şahidlərin hüzurunda kəsilmiş müqavilədir. Əqdi əsasən dövlət tərəfindən qeydiyyata alınan və hüquqi bazası olan, dövlət tərəfindən təyin edilən şəxs kəsməlidir. Bu qurum da Ədliyyə Nazirliyinin dövlət qeydiyyatı şöbələridir. Sözügedən qurumun kəsdiyi kəbin həm Quranın norma və prinsiplərinə, həm də Qanunvericiliyimizə tam uyğundur. Dövlət kəbini sayılır və bu zaman hər iki tərəfin haqqı qorunur. Dövlət tərəfindən kəbin kəsilməyəndə, ən çox haqqı tapdalanan qadınlar olur: Kəbində əsas məqsəd nikahın hüquqi baza üzərində qurulması, gələcəkdə hansısa problem olarsa, tərəflərin hüquqlarının qorunmasıdır.

Hüquqa nəzər yetirərək qeyd edə bilərik ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, dini nikah hüquqi əhəmiyyətə malik deyil. Kimsə kimləsə dini nikaha girirsə, Azərbaycan dövləti onun heç bir hüquqi əhəmiyyətini tanımır.

 

Müəllif:  Xəyal Məmmədov

Xəyal Məmmədov

Baş-Redaktor

1990-cı ildə Naxçıvan Muxtar Respublikasında ziyalı ailəsində anadan olub. 2009-cuildə Bakı şəhərində tam orta məktəbin rus bölməsini bitirib. 2010-2016-cı illərdə Rusiyanın Volqoqrad Universitetinin hüquq fakültəsində təhsil alıb və həmin fakültəni hüquqşünaslıq ixtisası üzrə mütəxəssis diplomu ilə bitirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*