Bu sayt heç bir üləma,müfti, axund, molla şeyx və.s kəslərə təqlidçiliyi olmamasıyla yanaşı, camaat,məzhəb, dərnək və ya təriqətə  iqtisadi, sosial, siyasi və ideoloji baxımından da tabe deyildir! Tammüstəqil və azad şəkildə fəaliyyət göstərməkdədir. Eyni zamanda saytımızda Azərbaycan Respublikasınınsuverenliyinə və qanunvericiliyinə zidd heçnə yoxdur. Sələfilik (vəhhabilik), sünnilik (nurçuluq), şiəlik(cəfərilik) və.s siyasiləşmiş cərəyanlarının Azərbaycanda şəriət dövləti qurulmasına icazə verməməliyik.Biz Qurana Doğru saytı olaraq, bu sahədə geniş maarifləndirmə işləri aparırıq. Biz Quran ayələrini özdoğma dilimizdə anlamaq və anlatmaq  metoduna üstünlük veririk. Əsas qayəmiz odur ki, gənclərimizümumiyyətlə, vətəndaşlarımız hansısa radikal qrupların təsirinə düşməsin, onlara üzv olmasın.

Xəyal Məmmədov

Baş-Redaktor

1990-cı ildə Naxçıvan Muxtar Respublikasında ziyalı ailəsində anadan olub. 2009-cuildə Bakı şəhərində tam orta məktəbin rus bölməsini bitirib. 2010-2016-cı illərdə Rusiyanın Volqoqrad Universitetinin hüquq fakültəsində təhsil alıb və həmin fakültəni hüquqşünaslıq ixtisası üzrə mütəxəssis diplomu ilə bitirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*