Əlif. Ləm. Ra. Bu, açıq-aydın Kitabın ayələridir.
- 41
- 48
Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq. Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin.
45Bir zaman Yusuf atasına dedi: “Atacan! Mən yuxuda on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”.
37O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.
39Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir”.
36- 42
Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusuf və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir.
45Yusufu ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız”.
46Onlardan biri dedi: “Yusufu öldürməyin! Əgər ona qarşı hökmən nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!”
45Onlar dedilər: “Ey atamız! Sənə nə olub ki, Yusufu bizə etibar etmirsən? Həqiqətən də, biz ona xeyir arzulayırıq.
39- 46
O dedi: “Onu aparmağınız məni narahat edər. Həm də qorxuram ki, sizin başınız oyuna qarışıb onu nəzarətsiz qoyduqda, canavar onu yesin”.
44Onlar dedilər: “Biz bütöv bir dəstə olduğumuz halda canavar onu yesə, demək biz ziyana uğrayanlarıq”.
49Qardaşları onu aparıb quyuya atmaq qərarına gəldikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”.
39- 38
dedilər: “Ey atamız! Biz Yusufu əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”.
44Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”.
45Quyunun yaxınlığına bir karvan gəldi və suçularını su dalınca göndərdilər. O, su qabını quyuya saldı və: “Şad xəbər! Burada bir oğlan uşağı vardır!” – dedi. Karvan əhli onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi.
37Onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar. Onlar (Yusufun qardaşları) onu çox qiymətləndirmədilər.
38Onu alan misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək” – dedi. Beləliklə, Yusufu yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu bunu bilmir.
39Yusuf yetkin çağına çatdıqda Biz ona mühakimə yürütmək bacarığı və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
41Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!” – dedi. O isə: “Allah uzaq eləsin! Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” – dedi.
43Qadın ona meyl etmişdi. Əgər Yusuf Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır.
46Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. Qadın dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!”
46Yusuf dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. Qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır.
38- 40
Qadının əri onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu sizin qadın hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür.
38Yusuf, sən bundan (bu işi açıb danışmaqdan) vaz keç! Sən də ey arvad, günahına görə bağışlanma dilə. Çünki sən, günah işlətmisən”.
52Şəhərdəki qadınlar dedilər: “Zadəgan kişinin arvadı cavan köləsini yoldan çıxartmaq istəyir. Ehtiras onu coşdurmuşdur. Biz onu aşkar bir azğınlıq içində görürük”.
44Qadın onların hiyləsindən xəbər tutduqda qonaqlığa gəlmək üçün onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı (məclis qurdu), onların hər birinə bir bıçaq verdi və Yusufa: “Onların qarşısına çıx!” – dedi. Qadınlar Yusufu gördükdə onu o qədər təriflədilər ki, unudub meyvə əvəzinə öz əllərini kəsdilər və dedilər: “Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!”
43Qadın dedi: “Barəsində məni qınadığınız oğlan bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır”.
51Yusuf dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram”.
40Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, Eşidəndir, Biləndir.
44Bu qədər dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər.
43Onunla birlikdə iki gənc də zindana salındı. Onlardan biri dedi: “Mən yuxuda gördüm ki, üzümdən şərab sıxıram”. Digəri isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan dimdikləyib yeyir. Bunun yozumunu bizə bildir. Həqiqətən, Biz səni yaxşı adam hesab edirik”.
39O dedi: “Sizə veriləcək yemək gəlməmişdən əvvəl mən bunun yozumunu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir. Mən Allaha iman gətirməyən, özləri də axirəti inkar edən adamların dinindən uzaqlaşmışam.
43Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və bütün insanlara olan lütfüdür, lakin insanların çoxu şükür etmir.
41Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı tanrılar yaxşıdır, yoxsa Tək olan, hər şeyə Qalib gələn Allah?
48Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir.
50Ey mənim zindan yoldaşlarım! Sizdən biriniz öz ağasına şərab süzəcək, digəriniz isə çarmıxa çəkiləcək və quşlar onun başını dimdikləyib yeyəcəklər. Haqqında soruşduğunuz işə qabaqcadan qərar verilmişdir”.
41Yusuf onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona Yusufu ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı.
53Padşah dedi: “Mən yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu gördüm. Ey zadəganlar! Əgər yuxu yoza bilirsinizsə, yuxumun yozumunu mənə bildirin”.
43- 47
İki nəfərdən qurtulmuş olanı, uzun müddətdən sonra xatırlayaraq dedi: “Mən sizə onun yozumunu bildirərəm. Bircə məni Yusufun yanına göndərin!”
44O, zindana gəlib dedi: “Ey Yusuf! Ey düz danışan kişi! Yeddi arıq inəyin yeddi kök inəyi yediyi, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru sünbüllər barədə bizə xəbər ver. Ola bilsin ki, mən o adamların yanına qayıdım, bəlkə onlar da bilsinlər”.
43Yusuf dedi: “Yeddi il bacardığınız qədər əkin. Biçdiyinizi isə, yeyəcəyiniz az bir miqdar istisna olmaqla, sünbüldə saxlayın.
45Sonra bunun ardınca, toxumluq saxlayacağınız az bir miqdar istisna olmaqla, əvvəlcədən həmin illər üçün tədarük gördüyünüzü yeyəcək yeddi ağır il (quraqlıq illəri) gələcək.
40Bunun ardınca da elə bir il gələcək ki, onda insanlara bol yağış veriləcək və onlar çoxlu meyvə şirəsi sıxacaqlar”.
44Padşah dedi: “Onu yanıma gətirin!” Elçi onun yanına gəldikdə Yusuf dedi: “Ağanın yanına qayıt və soruş gör ki, əllərini kəsən qadınların məqsədi nə idi? Şübhəsiz ki, Rəbbim onların hiyləsini bilir”.
37Padşah qadınlara dedi: “Yusufu yoldan çıxartmaqla nə məqsəd güdürdünüz?” Onlar dedilər: “Allah uzaq eləsin! Biz onun haqqında pis bir şey bilmirik”. Zadəgan kişinin isə arvadı dedi: “İndi haqq bəlli oldu. Onu mən yoldan çıxartmaq istəyirdim. Həqiqətən də, o, doğru danışanlardandır.
42Bu etiraf ona görədir ki, ərim yanımda olmadıqda ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin.
46Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir”.
38Padşah dedi: “Onu yanıma gətirin! Onu özümə yaxın adam edəcəyəm”. Onunla söhbət etdikdə: “Sən bu gün yanımızda yüksək məqam sahibi, etibarlı bir adamsan” – dedi.
37Yusuf dedi: “Bu yerin xəzinələrini qorumağı mənə tapşır. Çünki mən qoruyanam, bu işi bilənəm”.
38Beləliklə, Yusufa yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik.
38- 44
Yusufun qardaşları Misirə gəlib onun yanına daxil oldular. Yusuf onları tanıdı, onlar isə onu tanımadılar.
40Yusuf onların ərzaq yüklərini hazırlayarkən dedi: “Atabir qardaşınızı yanıma gətirin! Məgər görmürsünüzmü ki, mən ölçüyə tam riayət edirəm və mən qonaqpərvərlərin ən yaxşısıyam?
36Əgər onu yanıma gətirməsəniz, mənim yanımda sizin üçün bir qab belə ərzaq verilməyəcək, özünüz də mənə yaxınlaşmayın”.
36- 37
O, öz xidmətçilərinə dedi: “Onların taxıl əvəzinə ödədikləri mallarını da yüklərinin içinə qoyun ki, ailələrinin yanına döndükdə onu başa düşsünlər və ola bilsin ki, qayıtsınlar”.
43Onlar atalarının yanına qayıtdıqda dedilər: “Ey atamız! Daha bizə ərzaq verilməyəcək. Ölçüb ərzaq almaq üçün qardaşımızı bizimlə birlikdə göndər. Şübhəsiz ki, biz onu qoruyacağıq”.
41O dedi: “Daha öncə qardaşını sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? Allah daha yaxşı qoruyur. O, rəhmlilərin ən rəhmlisidir”.
40Onlar yüklərini açdıqda verdikləri mallarının da özlərinə qaytarıldığını görüb dedilər: “Ey atamız! Bizə daha nə lazımdır ki? Budur, sərmayəmiz özümüzə qaytarılıb. Biz ailəmizi ərzaqla təmin edər, qardaşımızı qoruyar və bir dəvə yükü artıq ərzaq alarıq. Bu isə satın aldığımızın az bir miqdarıdır”.
35O dedi: “Əhatə olunub çarəsiz qalmanız istisna olmaqla, onu yanıma gətirəcəyinizə dair Allaha and içməyincə onu sizinlə göndərməyəcəyəm”. Onlar and içdikdə Yaqub dedi: “Allah söylədiklərimizə Vəkildir”.
42O dedi: “Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”.
45Atalarının onlara əmr etdiyi yerlərdən daxil olmalarının Allahın yanında onlar üçün heç bir faydası olmadı, lakin bu, Yaqubun nəfsindəki bir istək idi ki, onu da yerinə yetirdi. Həqiqətən də, o, elm sahibi idi, çünki onu Biz öyrətmişdik. Lakin insanların çoxu bunu bilmir.
49Onlar Yusufun yanına daxil olduqda o, qardaşını bərk-bərk qucaqlayıb dedi: “Mən sənin qardaşınam. Onların tutduqları işlərə görə kədərlənmə”.
33Yusuf onları azuqə ilə təmin edərkən qardaşının yükünün içinə bir piyalə qoydu. Sonra bir carçı qışqırıb dedi: “Ey karvan əhli! Siz oğrusunuz!”
33- 43
Onlar dedilər: “Padşahın piyaləsini itirmişik. Onu gətirənə bir dəvə yükü ərzaq veriləcək”. Carçı: “Mən buna zaminəm!” – dedi.
35Onlar dedilər: “Allaha and olsun! Siz bilirsiniz ki, biz bu yerlərə fitnə-fəsad törətmək üçün gəlməmişik və biz oğru da deyilik “.
36- 38
Qardaşlar dedilər: “Onun cəzası – itmiş piyalə yükündə tapılan kimsənin özünün kölə edilərək cəzalandırılmasıdır. Biz zalımları belə cəzalandırırıq”.
36O, qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı, sonra da piyaləni qardaşının yükündən çıxartdı. Biz Yusufa belə bir tədbir öyrətdik. Allahın istəyi olmasaydı, padşahın qanunlarına görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən də üstün bir bilən vardır.
34Onlar dedilər: “Əgər o oğurlayıbsa, daha öncə onun qardaşı da oğurluq etmişdi”. Yusuf bunu öz içində gizlədib onlara açıb söyləmədi və öz-özünə: “Siz daha pis mövqedəsiniz. Allah sizin nə dediyinizi çox yaxşı bilir” – dedi.
39Onlar dedilər: “Ey hökmdar! Onun çox qoca atası var. Onun yerinə bizim birimizi götür. Həqiqətən, Biz səni yaxşı adam hesab edirik”.
42O dedi: “Allah eləməsin ki, yanında malımızı tapdığımız kəsdən başqasını tutub saxlayaq. Onda biz zalımlardan olarıq”.
36Ondan ümidlərini kəsdikdə məsləhətləşmək üçün bir kənara çəkildilər. Onların böyüyü dedi: “Atanızın sizə Allaha and içdirməsi, bundan əvvəl də Yusufa qarşı haqsızlıq etdiyiniz yadınızdadırmı? Atam mənə izin verməyincə və ya mənə aid Allah hökm verməyincə mən bu yerdən ayrılmayacağam. O, hökm verənlərin ən yaxşısıdır.
34Atanızın yanına qayıdın və deyin: “Ey atamız! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə şahidlik etdik. Biz qeybi bilənlər deyilik.
39Olduğumuz kənddən və birlikdə gəldiyimiz karvandan soruş. Biz, həqiqətən də, doğru danışırıq”.
42Yaqub dedi: “Xeyr, sizin nəfsiniz sizi bu işə sövq etdi. Mənə isə yaxşı səbir gərəkdir. Ola bilsin ki, Allah onların hamısını mənə qaytarsın. Həqiqətən də, O, Biləndir, Müdrikdir”.
38Yaqub onlardan üz döndərdi və: “Heyif Yusufdan!” – dedi. Kədərdən onun gözlərinə ağ gəldi. O, dərdini öz içində saxlayırdı.
35Onlar dedi: “Allaha and olsun ki, Yusufu sən tez-tez yada salmaqla axırda ya əldən düşəcək, ya da öləcəksən”.
39O dedi: “Mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm və Allahdan nazil olan vəhy sayəsində sizin bilmədiklərinizdən agah oluram.
47Ey oğullarım! Yusufdan və qardaşından xəbər tutmaq üçün yola düşün, Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”.
36Onlar Yusufun yanına girdikdə dedilər: “Ey hökmdar! Biz və ailəmiz fəlakətə uğramışıq. Bir az mal gətirmişik. Bizə bunların əvəzində ölçünü tam elə və bizə sədəqə ver. Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar”.
41- 37
Onlar dedilər: “Yoxsa sən özün Yusufsan?” O dedi: “Mən Yusufam, bu da qardaşımdır. Allah bizə mərhəmət etmişdir. Kim Allahdan qorxsa və səbir etsə, bilsin ki, Allah yaxşı iş görənlərin mükafatını puç etməz”.
34Onlar dedilər: “Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz isə günahkar olmuşuq”.
35Yusuf dedi: “Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir.
31Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. Sonra da bütün ailənizlə birlikdə yanıma gəlin”.
36Karvan Misir torpağından ayrılanda ataları dedi: “Mən, həqiqətən də, Yusufun qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız”.
33- 35
Müjdəçi gəlib köynəyi onun üzünə atan kimi gözləri açıldı və o dedi: “Məgər sizə deməmişdimmi ki, mən Allahdan gələn vəhy sayəsində sizin bilmədiklərinizi bilirəm?”
30Onlar dedilər: “Ey atamız! Allahdan bizim günahlarımızın bağışlanmasını dilə. Doğrudan da, biz günahkar olmuşuq”.
37O dedi: “Mən Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”.
40Onlar Yusufun yanına gəldikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Misirə daxil olun!”
42O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar hamısı onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O mənə lütf etdi. O məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan yanıma gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir.
39