Tariq surəsi, 7-də spermadan deyil insandan söhbət gedir.

Bel və qabırğa sümükləri arasından çıxar. (86:7)

Ateist çevrələr tərəfindən iddia irəli sürülür ki, tariq surəsi 7-ci ayəyə görə spermanın harda istehsal olunduğunu Quran bilmir. Bunulada Quranı elimə tərs çıxarırlar. Gəlin baxaq həqiqətən belədirmi? Tariq surəsi, 7-ci ayədə bel və qabırğa sümükləri arasından çıxan nədir? Spermadırmı yoxsa nədir?

Ayəni tam anlamaq üçün ayə ilə əlaqəli əvvəlki və sonrakı ayələrə baxmalıyıq. Surənin 5-ci ayəsindən 8-ci ayəsinə kimi diqqətli oxusaq ayəni doğru mənada anlayacağıq. İndi isə oxuyaq:

İnsan nədən yaradıldığına bir baxsın. (86:5)
Ayədə sual insanadır. İnsandan söhbət edilir.

Atılan bir mayedən yaradılmışdır. (86:6)
Ayədə yenə insandan söhbət gedir. Atılan mayedən (spermadan) yaradılan insandır.

Bel və qabırğa sümükləri arasından çıxar. (86:7)
Hələlik bu ayəni sonraya saxlayaq keçək sonrakı ayəyə

Həqiqətən, O (Allah), onu (İnsanı) diriltməyə qadirdir. (86:8)
Bu ayədə də söhbətin insandan getdiyini görürük. Çünki yenidən diriləcək olan inasandır.

İndi isə gələk 7-ci ayəyə. Bel və qabırğa sümükləri arasından çıxan nədir? Deməli 5-ci, 6-cı, 8-ci ayələrdə insandan bəhs olunduğunu açıq şəkildə gördük. O zaman 7-ci ayədə də insandan bəhs olunmamasına əsasımız nə ola bilər ki? Rahat bir şəkildə 7-ci ayədə də insandan bəhs olunduğunu söyləyə bilərik. Çünki insan anadan doğularkən bel və qabırğa sümükləri arasından çıxar. Yəni ana bətnində olarkən uşaq qadının bel və qabırğa sümükləri arasında yerləşir. Ancaq çoxları 7-ci ayədə nütfədən yəni spermadan bəhs olunduğunu anlamışlar. Bu anlamaya səbəb düzgün tərcümənin olmamasıdır. Çünki çoxu tərcüməçilər ayədə keçməyən ifadəni ayəyə əlavə etmişlər. Yəni ayəni olduğu kimi tərcümə etmədən əlavə olaraq “Bu su” ifadəsini yazmışlar. Yəni belə: “Bu (maye) bel və köks sümükləri arasından çıxır.” Bu maye dedikləri əvvəlki ayədə keçən insanın yaradıldığı spermadır. Yəni demək istəmişlər ki, insanın yaradıldığı “bu maye” yəni sperma bel və qabırğa sümükləri arasından çıxar. Bu səhf yönləndirmədir. Çünki ayədə “Bu maye” ifadəsi ilə Allah əvvəlki ayədə keçən mayeyə yəni spermaya yönləndirmir. Yəni orginal ərəbcəsində “Bu maye” ifadəsi keçmir. Bu səhf yönləndirmə nəticəsində də ateistlər spermanın harda istehsal olunduğunu Quran bilmir deyə Quranı elimə zidd çıxarmaq istəmişlər. Ancaq gördük ki, bu belə deyil. Ayədə söhbət spermadan deyil insandan gedir.

© Asim Balayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*