Ön söz: Son illər təzə bir trend yaranıb. Artıq hədisçilər sıxışdıqca küfrlərini daha da artırırlar. İndi də iddia edirlər ki, əgər ərəb dilini bilmirsənsə, Quranı anlaya bilməzsən, Quran ancaq ərəb dilini bilənlər üçündür. Bununla da ateistlərin əlinə “kozur” vermiş olurlar. Yəni hədisçilərə görə Quran ancaq ərəbcə bilənlərə aiddir. Qalan adamlar da bunları təqlid edib dinini yaşamalıdır. Bu ayə  6:19 onların iddiasını yerlə bir edir: Allah əmr verir ki, bu Quranla hər kəsi xəbərdar etmək lazımdır. Hər kəsi ərəbcə xəbərdar etmək olar? Əlbəttə yox. İlahi mesajı hər millətə öz dilində çatdırmaq lazımdır.


Lüğəti mənası: عرب Ərəbu,  ərəb millətini, irqini bütünlüklə ifadə edən sözdür.


Əlaqəli ayələr:  9:90,  9:979:989:1019:12048:1148:16,  49:14


Qısa şərh: Quranda millət kimi ərəblərlə əlaqəli 10 ayə var, bunun 8-i ərəblərin çoxunun etibarsız, satqın, xain olmasına aiddir. Burada iki mesaj var. Biri ateistlərə, inkarçılara, biri də ərəb dilini, ərəbləri ilahlaşdıranlara. Ayələrdə ərəblərin çoxunu küfr edən, nifaq salan, ikiüzlülük edən, döyüşdən qaçan, yalan danışan, mal-dövlət hərisi, Allah yolunda xərcləməyən, Rəsula tələ quran olduğunu xarakterizə edir. Bu tendensiya indi də davam edir. Yaxın şərqdə ərəblərin bir-birini qırmasını misal göstərmək olar. Misir, Liviya, Suriya, İraq, Livanda eyni millətin nümayəndələri bir-birini fərqli məzhəbdə olduqlarına görə vəhşicəsinə öldürürlər.


Qeyd: Qurani-Kərim ərəb milliyyətçiliyinə xidmət etmədiyini və bir çox hallarda kəskin tənqid etdiyini altını çızaraq qeyd edir.


Təhrifat : Ərəbləri ifadə etmək üçün Quranda “A’rabi” və ya ərəb sözünün cəmi olan “A’rab” istifadə edilmişdir. Ənənəvi tərcümələrdə bu məsələnin altından çıxmaq üçün dedilər ki, guya Quranda işlədilən bu söz “bədəvi” ərəblər üçündür. Bu Allaha iftira atmaqdır. Yəni təsəvvür edin ki, Allah şəhərli ərəbi kəndli ərəbdən üstün tutur. Əgər kəndli, səhra ərəbləri belə adlanırsa bəs şəhərli ərəblər necə adlanır? Bu suala təbii ki, cavab yoxdur. Böyük ehtimal Azərbaycanda da olan “şəhərli” və “kəndli” kimi sözlər bunun təsirindən yaranmışdır.


Diqqət: Bu 33:20 ayədə çöldə yaşayan ərəblərdən bəhs edilir. Fikir verin, yuxarıdakı ərəb sözləri ilə buradakı 33:20 eynidir. Yəni istər çöldə yaşayan ərəblər olsun, istərsə də şəhərdə yaşayan ərəblər eyni adla çağırılıb. Bədəvi mənasına yozmaq sonradan ortaya atılıb ki, ərəblər işğalçılıq edərkən, digər millətlər bu haqda maraqlananda deməyə sözləri olsun.


Nəticə: Demək ki, Quranı anlamaq üçün ərəb olmağa və ərəb dilini bilməyə qəti ehtiyac yoxdur. Əgər kimsə Quranı elmi və dil yöndən tədqiq etmək istəsə, əlbəttə o ərəbcəni mükəmməl öyrənməlidir. Quranı anlamağın əsas yolu səməmi olaraq Allaha təslim olmaq, Quran üzərində dərin-dərin düşünməkdir. Əlbəttə ki, digər bir çox ayələr var ki, o ayələrdə Məkkə və Mədinədən olan ərəblərin sədaqətli olmasından, Rəsula dəstək olmasından, səmimi müsəlman olmasından bəhs edilir. Bu 9:99 ayədə Ərəblərdən bəzilərinin sədaqətli, Peyğəmbərə itaət edən, axirət gününə inanan olduğu deyilir

Qurana Doğru

İrad və təkliflərinizi quranadogru@gmail.com elektron poçt ünvanına göndərə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*