author

Xəyal Məmmədov

1990-cı ildə Naxçıvan Muxtar Respublikasında ziyalı ailəsində anadan olub. 2009-cu ildə Bakı şəhərində 39 saylı tam orta məktəbin rus bölməsini bitirib. 2010-2016-cı illərdə Rusiyanın Volqoqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb və həmin fakültəni hüquqşünaslıq ixtisası üzrə mütəxəssis diplomu ilə bitirib. Dini mövzuda “Quranla 1001 Suala Cavab”, “Qurana Görə Namaz”,”Quranın Ərəbcə Müxtəsər Dərsliyi” adlı kitabların müəllifidir.

author

Asim Balayev

1989-cu ildə Balakən rayonunda dünyaya gəlib. 2006-cı ilə 1 saylı tam orta məktəbi bitirib. 2010-cu ildə Bakı Biznes Universitetinin gömrük işinin təşkili üzrə ixtisasından məzub olub. 2011-ci ildə hərbi xidməti başa vurub. Qrafik dizayn işləri üzrə mütəxəssidir.  Dini mövzuda “Qurana Görə Namaz” adlı kitabın yazarıdır.

cover

Saytın açılış məqsədi

Bildiyiniz kimi, Quranın təcümələrində çox ciddi xətalar vardır. Buraya qadın haqqlarından tutmuş, əxlaq normalarına zidd və zorakı tədbirlərə qədər bir çox şeyi sadalamaq olar. Qısaca qeyd edək ki, Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edən bəzi müəlliflərin mövqelərinə nəzər salsaq, həmin müəlliflərin sələfilik (vəhhabilik), sünnilik (nurçuluq), şiəlik (cəfərilik) və s. kimi məzhəblərə mənsub olduqları aşkar şəkildə görünür. Belə olduğu halda hansı qeyri-obyektivlikdən danışmaq olar? Bir halda ki, müəlliflər Quran tərcümələrinə öz məzhəblərin ədəbiyyatlarını aşılayıblar, bu da nəticədə, Quran ayələrinin həqiqi prinsiplərinə tərs və yanlış anlaşılmalara rəvac verir. Bundan əlavə, bu kimi hallar bir sıra ciddi məntiq xətalarının olmasına da gətirib çıxarır. Saytın yaradılmasında məqsəd Quran ayələrini öz doğma dilimizdə anlatmağa çalışmaqdır. Digər məqsədimiz isə vətəndaşlarımızın, əsasən də gənclərimizin hansısa radikal qrupların təsirinə düşməsinə və həmin radikal qruplara üzv olmasına mane olmaqdır.

cover

Saytın fəaliyyəti

Bu sayt hər hansı ideologiyanı təbliğ etmədən müstəqil və azad şəkildə fəaliyyət göstərir.  Saytımızda mənfi təzahürlərin meydana gəlməsinə, dini nifrət və düşmənçiliyə, tolerant və multikultural mühitə mənfi təsir göstərə biləcək heç bir amil mövcud deyil. Azərbaycan Respublikasının suverenliyinə və qanunvericiliyinə zidd heçnə yoxdur. Məqsədimiz Quran ayələrini öz doğma dilimizdə anlamaq və anlatmaqdır. 

cover

İstinad Quran

Peyğəmbərimiz din məsələsində yalnız Qurana istinad etmiş, insanları Quranda yazılmış qaydalara əməl etməyə təşviq etmişdir. O, İslam dininin yeganə həqiqi və etibarlı mənbəyinin Quran olduğunu bildirmişdir.

Məzhəblərin ədəbiyyatlarında isə xurafatla dolu minlərlə fərqli mənbə var. Bu etibarsız mənbələr bunlardır: Peyğəmbərimizə böhtan ataraq ona aid olduğu deyilən yüz minlərlə uydurma hədis.İslam alimi kimi cəmiyyətə tanıdılan insanların din adından ortaya atdıqları uydurma qayda və qadağalar, yanlış Quran şərhləri. Xurafatlara, batil adət və ənənələrə əsaslanan yanlış inanc, hökm və tətbiqlər.

Məzhəbçilər Quranın (haşa) başa düşülməyən, üstüörtülü və əskik olduğunu, onu başa düşmək üçün yuxarıda bəhs etdiyimiz saysız-hesabsız mənbəyə ehtiyac olduğunu müdafiə edirlər. Halbuki Quranın açıq-aydın olduğunu söyləyən Allahdır. Allah bir çox ayədə Quranın çox aydın və qüsursuz olduğunu, başqa heç bir mənbəyə ehtiyac olmadığını xəbər verir. Quran doğru izah edildikdə və yaşandıqda cəmiyyətə sülh, təmkin, ağıl, demokratiya, azadlıq, sənət, keyfiyyət, mədəniyyət, elmi-tərəqqi, xoşbəxtlik bəxş edər .

Xülasə,gözəl olan hər şeyin ən yaxşısı hakim olacaq. İnsanlar xurafatların bütün ağır yüklərindən xilas olacaqlar. Nəticədə fərqli düşüncədə olanlar kafir elan edilməyəcək, ateist və ya dinsizlər təzyiqə məruz qalmayacaq, kilsələrə, sinaqoqlara hücum edilməyəcək.