Ateistlər Quranda peyğəmbərin istədiyi kimi xanımları ilə növbəli cinsi münasibətindən söz edildiyinin idiası ilə bu məsələyə lağ üslubunda yanaşarlar. Yəni əhzab 51-ə görə peyğəmbər evli olduğu xanımları ilə kefi necə istəyir o cür növbə ilə yaxınlıq edə bilər. İstədiyi xanımını seçərək onunla yata bilər istədiyinidə təxirə sala bilər. Bu məsələdə ədalətli olmaq peyğəmbər üçün şərt deyil. Ateistlərin ayəni bu cür anlamalarına səbəb əslində ənənəvi dinin o cür təqdim etməsindən irəli gəlir.

 

İndi isə gəlin baxaq həqiqətən əhzab surəsi 51-ci ayədə peyğəmbərin xanımları ilə cinsi münasibətindənmi bəhs olunur yoxsa başqa məsələdənmi. Əhzab surəsi 51-i tək başına deyil əvvəlki və sonrakı ayələr daxil olmaqla anlamalıyıq. Çünki, əvvəlki və sonrakı ayələr Əhzab surəsi 51-i bizlərə düzgün formada anlamada yardımcı olacaqdır və ateistlərin bu iddiaları bununla da puç olacaqdır.

 

Əhzab surəsi 51-də əslində peyğəmbərin mövcud xanımları ilə cinsi münasibətindən deyil evlənmə seçimindən bəhs olunur. Belə ki, əvvəlki ayədə yəni əhzab surəsi, 50-ci ayədə bəzi qadınlar sayılaraq bunların peyğəmbərə evlənməsi üçün halal olmasından bəhs olunduqdan sonra əhzab surəsi 51-də bunlardan istədiyini təxirə sala bilər və istədiyinidə ala bilərsən buyrulur. Yəni əhzab surəsi, 51-də peyğəmbərin mövcud evli olduğu xanımlarından istədiyi ilə cinsi münasibət qurmasından deyil əhzab surəsi 50-də sayılan qadınlardan istədiyi ilə evlənə bilməsindən bəhs olunur.

 

Bəs burdan da sual yarana bilər ki, bu qadınlar niyə sayılır və peyğəmbərin bunlarla evlənə bilməsindən niyə bəhs olunur. Bununda cavabını Əhzab surəsi 52-ci ayə verir. Bu ayədə peyğəmbərə evlilik qadağası gəlir. Bu evlilik qadağasını Allah əhzab surəsi 50-ci ayədəki sayılan qadınlarla çərçivələyir və 51-ci ayəyə görə bu qadınlardan istədiyi ilə evlənmə seçimini peyğəmbərə buraxaraq 52-ci ayədə bunlardan başqa qadınlarla evlənməyi peyğəmbərə qadağan edir. Deməki bu üç ayədəki əsas məqam peyğəmbərə gələcək olan evlilik qadağası imiş. Sadəcə bu qadağa gəlmədən öncə bu qadağaya daxil olmayan qadınlar sayılaraq, peyğəmbərə bu qadınlardan istədiyi ilə evlənmə seçimi verilir və bunlardan başqaları isə qadağan edilir. Yəni bu üç ayəni birlikdə oxuduğumuzda bunu açıq şəkildə anlamaq olur. Gördüyümüz kimi Quranı Quranla anladığımızda məsələ tam aydın olur.

 

© Asim Balayev

Asim Balayev

1989-cu ildə Balakən rayonunda dünyaya gəlib. 2006-cı ilə 1 saylı tam orta məktəbi bitirib. 2010-cu ildə Bakı Biznes Universitetinin gömrük işinin təşkili üzrə ixtisasından məzub olub. 2011-ci ildə hərbi xidməti başa vurub. Qrafik dizayn işləri üzrə mütəxəssidir. Dini mövzuda “Qurana Görə Namaz” adlı kitabın yazarıdır.

  • Fidan Hacıyeva
    İyun 7, 2019 - 00:02

    Çox maraqlı məqalədir, əsas odur ki, ateistlər bundan bir nəticə çıxartsınlar!.

    • Asim Balayev
      Sentyabr 5, 2019 - 17:06

      Təşəkkürlər.

  • Rəna Əkbərova
    İyun 7, 2019 - 00:06

    Məqalənizi çox bəyəndim. Asim müəllim, olduqca aktual bir mövzuya toxunmusunuz. Növbəti məqalələrinizi səbirsizliklə gözləyirəm.

    • Asim Balayev
      Sentyabr 5, 2019 - 17:05

      Təşəkkürlər.

  • Ülviyyə
    Dekabr 21, 2019 - 09:40

    Bəs Təhrim surəsi ayə 3,4,5 ? Peyğəmbər Hafsanın növbəsində cariyə Mariya ilə yatmış və Hafsa bunu görmüş peyğəmbərin digər arvadı Ayşəyə söyləmiş.Beləcə söz söhbət yayılmış, peyğəmbər də bu ayəni uydurmuş.

    • Asim Balayev
      Fevral 11, 2020 - 17:34

      Uyduruq hədislərdən ayələri yorumlayırsız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*